Biləsuvarda ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayonun Əsgərabad kəndində ümumi sahəsi 130 kvadratmetr olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.