Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Biləsuvarda keçmiş kürəkən qayınatasına altı bıçaq zərbəsi yetirib - TƏFƏRRÜAT + YENİLƏNİB
Biləsuvarda bu gün qəsdən adam öldürməyə cəhdlə bağlı bəzi təfərrüatlar məlum olub.
“Report”un məlumatına görə, bu gün saat 16:35 radələrində Biləsuvar rayonu Nəsimi kənd sakini Almazov Azad Xeyrulla oğlu qarının ön divarının, ətrafların çoxsaylı və döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Aparılan ilkin araşdırma ilə müəyyən olunub ki, Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında Biləsuvar rayonu Nəsimi kənd sakini, Şəbiyev Elşən Bəhlul oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1969-cu il təvəllüdlü, həmkəndlisi Almazov Azad Xeyrulla oğlunun qəsdən qarının ön divarına beş dəfə və döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə sonuncu döş qəfəsinə daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.
Sonra E. Şəbiyev kənar şəxslərin hadisə yerinə gəldiklərini görüb oradan qaçıb.
A. Almazov rayon xəstəxanasına çatdırılıb, hazırda əməliyyat olunur və həyati təhlükəsi var.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. İş üzrə Elşən Şəbiyev həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.
20:58
İyunun 8-də saat 16 radələrində 1969-cu il təvəllüdlü Azad Almazovun xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Biləsuvar Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Elşən Şəbiyevin Biləsuvar rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qaynatası Azad Almazova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Elşən Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam etdirilir.
19:23
Biləsuvar sakininə kəsici alətlə xəsarət yetirən kürəkəni saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, iyunun 8-də 16 radələrində Biləsuvar rayonu Nəsimi kəndində 1966-ci il təvəllüdlü kənd sakini Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.A-nın keçmiş kürəkəni 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Rəylər