Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə iddiaları ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA
Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd olunub.
Vətəndaş iddia edir ki, rayonun Əliabad kənd uşaq bağçasında nəzarətsiz qalan 4 yaşlı İbrahimov Mircihad Samir oğlunun üzərinə şkaf aşıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Şirvan-Salyan Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, məsələ araşdırılır. İctimaiyyətə ətraflı məlumat veriləcək.
Könül Cəfərli
"Biləsuvar" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər