Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin növbəti tarixi vəziyyətindən asılı olacaq.
Bu barədə Oxu.Az-a onun vəkili məlumat verib.
Onun sözlərinə görə, M. Quliyevin vəziyyətindən asılı olaraq bu məsələyə baxılacaq:
“Hələ ki, vəziyyəti ağır olaraq qalır. Bu səbəbdən növbəti prosesin tarixi ilə bağlı heç nə demək mümkün deyil”.
Xatırladaq ki, vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub. Xəstəliyi ağır keçirdiyindən o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib, süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, M. Quliyevin məhkəmə iclası 10 sentyabr tarixinə təyin olunmuşdu. Sabiq başçının koronavirusa yoluxması səbəbi ilə proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Könül Cəfərli
Rəylər