Fevralın 11-də DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən “TT” markalı tapança və 48 ədəd tapança patronu tapıblar.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, tapança və patronlar 14-cü PB-yə təhvil verilib.