Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində başlayan yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə sözügedən ərazidəki fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub:
"Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda fərdi yaşayış evində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək".
Qeyd edək ki, yanğının baş verdiyi əraziyə Təcili Tibbi Yardım briqadası da cəlb olunub.
Məhərrəm Əliyev