Bakının Xəzər rayonunda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Röyalə Şərafət qızı Qasımova yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.