Binəqədi rayonunda partlayış baş verib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə İbrahim Paşazadə küçəsi 68 ünvanında yerləşən çörək bişirmə sexində qeydə alınıb.
Davamlı təkrarlanan partlayışın əsas səbəbi qaz sızması olub. Yanan ərazinin ümumi sahəsi 150 kv mt-dir. Hadisə nəticəsində ölən olmasa da sex işçilərindən 4 nəfər bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Xəsarət alanlardan 3-ü kişi biri isə qadındır. Hadisə yerinə Binəqədi və Nərimanov Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafisə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.