Şəkər xəstəliyindən əziyyət çəkən 64 yaşlı Məmmədov Xanlar Rəsul oğlunun xeyirxah insanların köməyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun qızı Aysel Ağayeva məlumat verib.
O qeyd edib ki, yeddi ildir yüksək şəkərdən əziyyət çəkən X.Məmmədovun bir ayağı amputasiya edilib, digər ayağı isə irinləməyə başlayıb:
“Atamın 64 yaşı var. Maddi durumumuz aşağıdır. Bacım da epilepsiya xəstəliyindən əziyyət çəkir. Atamın xəstəxana xərclərini qarşılamaq üçün bizə 900 manat pul lazımdır. Yardımsevər, imkanlı şəxslərdən atama kömək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: 055-366-65-53