Paytaxtın bir çox küçə və prospektlərində avtomobil yolları, eyni zamanda kommunikasiya xətlərində yenidənqurma işləri aparılır.
Bu işlər mərkəzi küçələrdən biri hesab olunan Mirzəağa Əliyev küçəsində də həyata keçirilir.
Lakin burada işlər digər ərazilərdən fərqli olaraq aylardır davam edir.
Nəticədə vətəndaşlar, əsasən də sürücülər həmin yoldan istifadə edə bilmirlər. Bu isə sözügedən ərazidə tıxacların yaranmasına səbəb olub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, həmin ərazidə "Azərsu" ASC 2 həftədir qazıntı işləri həyata keçirir. Dövlət Su Ehtiyatları Agentliyindən isə təmir işlərinin nə zaman bitəcəyini soruşduqda məsələdən xəbərsiz olduqlarını bildiriblər.
Ətraflı Baku TV-nin süjetində:
Bir aydan çoxdur təmirə bağlanan küçə niyə düzəlmir?
Rəylər