Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bir neçə əsas yolda təmirlə bağlı sürücülərə müraciət edilib
Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, metronun "20 Yanvar" stansiyası istiqamətində yaşayış binasında aparılan təmir işləri ilə əlaqədar avtobus zolağının müəyyən hissəsi qismən məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Məlumatda qeyd olunub ki, bundan başqa, Nizami rayonu, Heydər Əliyev prospekti, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, "Koroğlu" m/st istiqamətlərində yolda qısamüddətli təmir işləri aparılır.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.
"Yol təmiri" teqi üzrə xəbərlər
- Cənubi Koreyada tikilməkdə olan YOL ÇÖKDÜ: Ölənlər var
- Lökbatanda yolda təmir işləri tıxaca səbəb olub
- Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
- Paytaxtın əsas prospektlərindən birində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
- Bakıda hər yağışdan sonra palçıq əmələ gəlir: Qurum qazmaq üçün icazə gözləyir
Ən çox oxunanlar