Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bir övladını itirən ana yardım diləyir: "Yağmuru da itirməyə ürəyim dözməz"
Altı yaşlı Yağmurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səbinə Şirinova məlumat verib.
O bildirib ki, övladı ağır dərəcəli kifoz skaliozdan əziyyət çəkir:
"Yağmurun altı yaşı var. Artıq bir müddətdir ki, bu ağır xəstəlikdən müalicə alırıq. Xəstəliyin müalicəsi baha olduğu üçün, demək olar ki, artıq çatdırmırıq. Yağmurun ayaq korseti üçün 800 manat, reabilitasiyasını qarşılamaq üçün isə 1500 manata ehtiyacımız var".
Gənc ana digər övladını iki il öncə itirdiyini qeyd edib:
"Mənim Yağmurdan başqa bir övladım da var idi. İki yaşı olarkən onun leykozdan əziyyət çəkdiyini öyrəndik, uzun illər müalicə etsək də, övladımı həyatda saxlaya bilmədik. Onun müalicəsi zamanı evimizi və maşınımızı da satmışdıq. Övladımı itirəndən sonra uzun müddət özümə gələ bilmədim, elə bilirdim həyat mənim üçün bitib. Amma Yağmura görə yaşamağa davam etdim. Yağmura nəsə olsa, ağlımı itirərəm, yaşaya bilmərəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: 055 592-13-20.
Unibank: 5243 7544 4314 7853.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ağır yanıq xəsarətləri alan Çinarənin anası: "Nə dərman, nə yemək ala bilirik"
- Bir yaşlı körpə ağır yanıq xəsarətləri alıb: Dəstəyə ehtiyacı var
- 4 yaşlı Atillanın gözlərinin görməsi üçün sizin köməyinizə ehtiyacı var
- Bağırsaqlarının 90 faizi çıxarılan Zəhranın həyatda qalması üçün köməyinizə ehtiyacı var
- Üçaylıq körpənin dəstəyə ehtiyacı var: Anası yardım diləyir