Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bir yaşlı Kamranın dəstəyə ehtiyacı var
Bir yaşlı Kamranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Xədicə Həsənova məlumat verib.
O bildirib ki, övladı mayın 26-sı ehtiyatsızlıq səbəbindən yanıb:
"Kamranın bir yaşı var. O, mayın 26-sı, iməkləyərkən qaynar su dolu qazanı üzərinə aşırıb. Həmin gün biz onu xəstəxanaya apardıq. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orda bir müddət müalicə alsaq da, hazırda evə çıxmışıq".
Gənc ana övladının sağalması üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Kamranın sağalması üçün hazırda dərman və mazlara ehtiyacımız var. Bunun üçün isə bizim imkanımız yoxdur. Mazları və dərmanları almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 837-62-60
Bank Respublika: 4244484847981648
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi yaşlı Ümidin dəstəyə ehtiyacı var: Gün ərzində azı beş dəfə qıcolması tutur
- Övladının müalicəsi üçün evini və dəyərli əşyalarını satan ana yardım istəyir
- Ana köməyə çağırır: "Qızım dözülməz qıcolmalardan əziyyət çəkir"
- Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var
- 23 yaşlı gəncin dəstəyə ehtiyacı var
Rəylər