Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bir yaşlı körpə ağır yanıq xəsarətləri alıb: Dəstəyə ehtiyacı var
Bir yaşlı Fatimənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aidə Həsənova məlumat verib.
O bildirib ki, övladı yanvar ayının 9-u ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb.
"Fatimənin bir yaşı var. O, yanvarın doqquzu qaynar yemək dolu qazanı üzərinə dartıb. Hadisə nəticəsində Fatimənin qolu və ayağı ağır yanıq xəsarətləri alıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada müalicələrimizə başladıq. Hazırda evə çıxsaq da, Fatimənin mazlarını və dərmanlarını ala bilmirik. Bunun üçün bizə 600 manat lazımdır. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 659-40-93.
UniBank: 5243 7544 3801 6329.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı Banu təcili əməliyyat olunmalıdır
- Bədəni yanan ikiyaşlı Tunarın dəstəyə ehtiyacı var
- Ata balasına kömək üçün yalvarır: "Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır"
- Yanıq xəsarətləri alan Turanın anası: "Narkozdan sonra qıcolmaları yarandı, müalicə edə bilmirik"
- İki övladı da xəstə olan ana: "Xalqıma yalvarıram, balalarımın yaşaması üçün bizə dəstək olun"