Son illər Azərbaycanda əlillərin, xüsusilə, birinci qrup əlillərin sayında “artım” hissi olunur.
Oxu.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlament komitələrinin birgə iclasının büdcə müzakirələrində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu ilin yanvarın 1-nə olan məlumata görə, birinci qrup əlillərin sayında 8,8 faizlik “artım” var.
Palata sədri bunun narahatlıq doğurduğunu və bu səbədən ictimai, inzibati nəzarət tədbirlərinin artırılmasının nəzərdə tutulduğunu bildirib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az