Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə elektron qəbulu prosesi davam edir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.
O bildirib ki, indiyə kimi 125 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb.