Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Birinci sinfə qəbulla bağlı YENİLİK
Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçmiş uşaqlar üçün əvvəlki illərdə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan "Ankara məktəbi" məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin I sinfə qəbul müsabiqə yolu ilə aparılmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilən ümumi təhsil müəssisələrinin birinci siniflərinə yalnız prioritetlər üzrə və sərbəst qaydada qəbul aparılacaq.
Tədris digər dillərdə aparılan bölmələr üzrə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan digər 6 ümumi təhsil müəssisəsinə müraciətlərin sayından asılı olaraq müsabiqələrin keçirilib-keçirilməməsi barədə qərar proses dövründə veriləcək.
"Birinci sinfə qəbul" teqi üzrə xəbərlər
- Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik valideynlərin narazılığına səbəb olub
- Nazir yeni tədris ili üzrə I sinfə şagird qəbulunun aparılması barədə əmr imzalayıb
- I sinfə qəbul prosesinə YENİLİK
- Birinci sinfinə qəbulu müsabiqə yolu ilə aparılan təhsil müəssisələri məlum olub
- Birinci sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb