Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xəbərə görə, Bilgəh və Zuğulba çimərliklərində iki nəfər boğulmaq təhlükəsi ilə üzləşib.
Sözügedən şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.