“Grandmart” supermarketlər şəbəkəsi Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilən yardım aksiyasında iştirak etməkdən qürur duyur.
Bu gözəl təşəbbüs vasitəsi ilə 3500 ailəyə 7000 ərzaq qutusu hazırlanıb. Həmçinin ABŞ-ın ölkəmizdəki rəsmi səfiri cənab Li Litzenberqer hazırlıq prosesində birbaşa olaraq iştirak edib və görülən işlərlə şəxsən tanış olub. Prosesləri yüksək səviyyədə qiymətləndirən cənab Litzenberqer “Grandmart” supermarketlər şəbəkəsi və Qızıl Aypara Cəmiyyətinin iş birliyinin nümunəvi və örnək addım olduğunu bildirib.
Qeyd edək ki, bu tip iş birlikləri ehtiyacı olan ailələrə yardım etməklə yanaşı ölkəmizin beynəlxalq səviyyədə nüfuzuna dəyər qatmaqdadır:
“Grandmart” şəbəkəsi olaraq bu dəyərin bir hissəsi olmaqdan qürur duyuruq”.