Ötən ilin sonunda “Cubics” şirkəti sahibkarlara zamanla ayaqlaşmaqda və onlayn bizneslərini davamlı olaraq inkişaf etdirməkdə dəstək olan “Brandonline” texnologiyasının işlənib hazırlanmasını bəyan etməklə xəbərlər icmalına daxil olub.
Artıq bu gün biz əminliklə söyləyə bilərik ki, bu platforma, həqiqətən, özünəməxsus yeniliyə çevrildi.
Qısa müddət ərzində yeni platformanın effektivliyini bir çox mühacir müştərilərimiz öz təcrübələri üzərində yoxlamağa müvəffəq olub. “Brandonline” texnologiyasının uğurlu layihələr toplusuna “Xurcun”, “Clouds Kids Store”, “ELFF” və bir çox başqa brendlərlə əməkdaşlığı əlavə etmək olar.
Nəticə özünü çox gözlətmədi!
“Brandonline” ilə artıq əməkdaşlığa başlayan sahibkarlar satışların nəzərəçarpan artımını qeyd ediblər və hazırda alıcı loyallığının yüksəlməsi üzərində var-gücləri ilə çalışırlar.
“Brandonline” platformasının baza prinsipləri dəqiqlik, sürətlilik və keyfiyyətdir. İndi şəxsi onlayn mağazanızı əldə etməkdə səy göstərmək üçün ehtiyac qalmadı – bütün iş 21 gün rekord müddət ərzində və əlverişli məbləğ çərçivəsində peşəkar heyət tərəfindən yerinə yetirilir.
Qeyd edilən vaxt ərzində sizə xidmətlərin tam toplusu təqdim olunacaq: brendinizə tam uyğunlaşdırılmış və istifadəyə hazır olan Android və iOS əməliyyat sistemləri üzərindən işlənən internet mağaza və mobil tətbiqlər.
Platformaya bütün funksionallıq daxildir, interfeysi isə istifadədə sadə və rahatdır. Bundan əlavə, “Brandonline” texnologiyası xidmətləri arasında yekun məhsullarla işləmə prosesinə tez və səmərəli şəkildə uyğunlaşmaq üçün əməkdaşların təlimatlandırılması mövcuddur.
Dəyişikliklərdən çəkinməyin – inteqrasiya edin!
“Brandonline” texnologiyası haqqında daha ətraflı məlumatı www.brandonline.az vebsaytında və ya (+994 12) 480 15 74 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz.