Sumqayıtın 18-ci mikrorayon, Çerkassi küçəsindəki 39 saylı binanın sakinləri kanalizasiya sularının binanın zirzəmisinə axıdılmasından şikayət edir.
Oxu.Az xəbər verir ki, sakinləri havaların isinməsindən sonra ortaya çıxacaq pis qoxu və ağcaqanadlar narahat edir.
Binanın bir hissəsində kanalizasiya suyu hətta yarım metrə qədər yüksəlib. Digər hissəsində isə su borusunun sıradan çıxması nəticəsində zirzəmi çirkab suları ilə dolub.