“Bu gün Odessadan 130 azərbaycanlı Moldova sərhədinə yola salınıb”.
Bu barədə Oxu.Az-a Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Moldova sərhədindən humanitar dəhliz vasitəsi ilə yola salınırlar:
“Dünən Nikolayevdən 50-yə yaxın vətəndaşımız gəlmişdi. Onlar arasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin mükafatlandırdığı Sabir Şirinov və Umud Şirinov qardaşları da var idi. Bu qardaşlar o vaxt Ukraynada yanan maşından ailəni xilas etmişdilər. Odessada heç kim evinə gedə bilmir, hotellər işləmir. Diversantların olma ehtimalına görə, vətəndaşlara maksimum dərəcədə diqqət etməyə çalışırıq.
Bu gün daha 50-nəfərə yaxın soydaşımızı avtobuslara mindirib yola salacağıq”.
Könül Cəfərli