Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın tam mətni açıqlanıb.
Oxu.Az Report-a istinadən 2017/2018-ci il tədris ili üzrə ali məktəblərə sənəd verəcək abituriyentlər üçün maraqlı olacaq sənədi təqdim edir:
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır
1. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 16 yanvar tarixli 2 nömrəli qərarı ləğv edilsin.
Daha ətraflı bu linkdən tanış olmaq olar.
U.A.