2020-ci ilin yanvar-iyun ayları ərzində 8 345 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 1 066 243.00 manat sığorta haqqı toplanıb. 2021-ci ilin müvafiq dövründə isə 5 919 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 1 237 159.00 manat sığorta haqqı toplanıb. Altı aylıq nəticələr bağlanan sığorta müqavilələrinin sayında 29 % azalma, sığorta haqlarında isə 16 % artımın olduğunu deməyə əsas verir.
Oxu.Az xəbər veirir ki, bu barədə İcbari Sığorta Bürosunun yayımladığı məlumatda qeyd olunub.
Beləliklə, 2020-ci ilin ilk 6 ayında Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127.77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209.35 manat olub.
2020-ci ilin yanvar-iyun ayları ərzində 193 yol nəqliyyat hadisəsinə görə 498 353.01 manat, 2021-ci ilin müvafiq dövründə isə 100 yol nəqliyyat hadisəsinə görə 258 696.47 manat sığorta ödənişi həyata keçirilmişdir.
2020-ci ilin yanvar-iyun ayları ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2 570 manat, 2021-ci ilin yanvar-iyun ayları ərzində isə 2 587 manat təşkil edib.
Məlumatda 2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərilib. Belə ki, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47 %-i həcmində sığorta ödənişi verilmiş, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21 % olaraq ortaya çıxmışdır. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.