Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bu ilin altı ayı ərzində üç mindən çox şəxs narkotik alverinə görə məsuliyətə cəlb edilib
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3 881 nəfər cəlb edilib.
"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Məsuliyyətə cəlb olunanlardan bir nəfər 16-18, 295 nəfər 18-25, 621 nəfər isə 26-29 yaşlı vətəndaşlardır. 30 yaş və ondan yuxarı isə 2 964 nəfər təşkil edir. Həmin şəxslərdən 3 758-i kişi, 123-ü qadındır.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 38 nəfəri isə xarici ölkə vətəndaşıdır. Onlardan ümumilikdə 103 kq 676,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Astarada 207 kiloqramdan artıq narkotik vasitə aşkar edildi
- Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu: Deputatlığa namizəd olubmuş
- Bakıda tanınmış həkim narkotacir kimi SAXLANILDI
- İrandan Azərbaycana 75 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb
- Tiktoker İlhamə Elşadqızının mənzilində axtarış zamanı 200 manat itib?