Bədəninin bütün hissələri yanan 6 yaşlı çarəsiz qız yardımsevər insanlardan dəstək gözləyir.
Bu barədə Oxu.Az-a onun anası Hacıyeva Könül məlumat verib.
O bildirib ki, ehtiyatsızlıq səbəbi ilə bədənin üzündən başqa bütün bədəni yanan 2016-cı il təvəllüdlü övladı Ağahüseynova Zeynəb Şahmar qızı yardımsevər insanların köməyi ilə bir dəfə əməliyyat edilib:
“Hadisə iyulun 7-də baş verib. Həmin vaxt qızım və ondan yaşca balaca oğlum evdə tək idilər. Mən qonşuluqda yas mərasiminə baş çəkməyə getmişdim. Həmin vaxt qızım evdəki alışqanla oynamağa başlayıb. Qəfil saçı alovlanıb və qısa müddətdə paltarına keçib. Oğlum yaxınlığımızda yaşayan bacıma xəbər versə də, artıq o gələnə qədər iş-işdən keçib. Ona dəriköçürmə əməliyyatı edilsə də, bəzi nahiyələrində tutmamışdı. Yardımsevər insanların dəstəyi ilə əməliyyata lazım olan məbləğ toplandı və Zeynəb özəl klinikada əməliyyat edildi.
Ailə ilə əlaqə nömrəsi: 050 874 66 28