Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Çaylarda sululuq artacaq, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ](https://images.oxu.az/2024/10/11/z3to0V6zK7GUN9iy3IAYWVQPXGN24gp2I8gDwllK:1200.webp)
Çaylarda sululuq artacaq, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında oktyabrın 11-i axşamdan 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü yağıntı olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah yağış yağacaq, duman olacaq - 06.02.2025
- Yaponiyaya 1972-ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi
- Küləyin sürəti bəzi yerlərdə güclənib - FAKTİKİ HAVA
- BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Temperatur kəskin enəcək, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Rəylər