Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qeydə alınıb.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus maşının qəzaya uğraması nəticəsində 3 hərbi qulluqçu xəsarət alıb. Yaralılar hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.