Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı VAZ markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Tağıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.