Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cəlilabadda ev yanaraq kül olub
Cəlilabadda üçotaqlı ev əşyaları ilə birlikdə yanaraq kül olub.
"Report" xəbər verir ki, hadisə rayonun Şorbaçı kəndində ümumi sahəsi 108 kvadratmetr olan Güldərən Mansurovaya aid evdə qeydə alınıb.
Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq birmərtəbəli üçotaqlı ev içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda ev yanaraq kül olub
Ən çox oxunanlar