Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Cəlilabadda ilk yerüstü piyada keçidinin inşası yekunlaşıb
Cəlilabad şəhərində yerüstü piyada keçidinin inşası yekunlaşıb.
“Report”un məlumatına görə, keçid şəhərin Heydər Əliyev prospektində inşa olunub.
Yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.
Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilib.
Ən çox oxunanlar