Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cəlilabadda yerüstü piyada keçidi UÇDU
Cəlilabadda yerüstü piyada keçidi uçub.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, iritonnajlı nəqliyyat vasitəsi məktəb qarşısında yerləşən yerüstü piyada keçidinə dəyərək onu aşırıb. Nəticədə yolda nəqliyyatın hərəkəti bir müddət dayanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qurumun Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən yerüstü piyada keçidinin yola aşmış hissələri kəsilib kənarlaşdırılaraq yolda sərbəst hərəkət bərpa olunub.
Cəlilabadda yerüstü piyada keçidi UÇDU
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda "BakuBus" avtobusu park halında olan avtomobillərə çırpıldı
- Zaqatalada ağır qəzada xəsarət alanların son vəziyyətləri açıqlanıb
- Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Ən çox oxunanlar