Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Cərimə protokollarının hansı halda ləğv ediləcəyi açıqlandı - RƏSMİ
“Bəzi hallarda vətəndaş icazəli olduğunu desə də, icazə portalında onun məlumatları görünmür”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, həmin şəxslər inzibati məsuliyyətə cəlb edilib:
“Polis həmin şəxsin yanında məlumatları portal vasitəsilə yoxlayır. Vətəndaşın adı çıxmadığı üçün polis inzibati xəta üzrə protokol tərtib edir. Polis heç bir halda qanunsuzluq etmir.
Ola bilər ki, vətəndaş evdən çıxdıqdan bir saat sonra adı portalda qeydiyyata alınıb. Bu, ondan irəli gəlir ki, işəgötürən şəxs icazə portalına işçinin adını gec qeyd edir, amma işçini işə tez çağırır.
Əgər bu prosesdə polisin günahından protokol səhv yazılarsa, vətəndaş həmin faktı bizə təqdim etsin. Müvafiq araşdırma aparılacaq və nəticədən asılı olaraq həmin protokol ləğv olunacaq”.
Könül Cəfərli
"Kamran Əliyev" teqi üzrə xəbərlər
- Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
- Kamran Əliyev: "Birgə əməkdaşlıq etməklə planeti ekoloji cinayətlərdən qorumaq olar"
- Baş prokuror hüquq-mühafizə orqanlarının tədbirdəki fəaliyyətindən danışıb
- Azərbaycanda keçmiş icra başçısının qohumu vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR
- Türkiyəli nazir: "Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir"
Rəylər