Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ceyhun Bayramov tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsindən danışıb - VİDEO
Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar qəbul edib.
Oxu.Az-ın məlumatına görə, Təhsil naziri Ceyhun Bayramov AZTV-də yayımlanan “Hədəf” proqramında qərardan danışır.
Nazir koronavirus pandemiyasına görə təhsil haqqı dövlət tərəfindən ödəniləcək tələbələr, dərslərin bərpası və təhsillə bağlı digər sualları cavablandırır.
C.Bayramov bildirib ki, Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qəbul edilən qərarın həyata keçirilməsi üçün dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılacaq:
“Sosial həssas qruplara aid olan ailələrə dövlət hər zaman qayğı ilə yanaşıb. Qərar 20 mindən çox tələbəni əhatə edəcək”.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü
- COP29-da iqlim maliyyəsi öhdəliyinin 170 milyard dollaradək artırılmasına razılıq əldə olundu
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir
- Ceyhun Bayramov: "Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yanlış addımdır"
- Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində SON VƏZİYYƏT
Rəylər