Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib.
Səfir bununla bağlı “Twitter” hesabında paylaşım edib.
“Azərbaycan Paralimpiya komandasından olan dostlarımızın 9 qızıl medal və 4 bürünc medal əldə etməsi sevindiricidir. Təbriklər”, - deyə səfir paylaşımda qeyd edib.
Azərbaycan Paralimpiya komandasından olan dostlarımızın 9 qızıl medal 🥇 və 4 bürünc medal 🥉 əldə etməsi sevindiricidir. Təbriklər! #Azerbaijan 🇦🇿#Paralympics #Tokyo2020 https://t.co/EF7BXSZXb1
— James Sharp (@JamesSharpFCDO) August 30, 2021