Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Nazirliyin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya bildirib ki, fevralın 3-də 10 saylı cəzaçəkmə müəssisəsində səhər yoxlaması zamanı məhkum Bədəlov Rahil Zahir oğlu qəflətən dünyasını dəyişib.
Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
E.Ə.
www.oxu.az