Azərbaycanlı teleaparıcı həbsxanada dünyasını dəyişib.
Oxu.Az-ın milli.az-a istinadən məlumatına görə, həbsxanada cəza çəkən insanları efir vasitəsilə yaxınları ilə görüşdürən, Xəzər televiziyasında yayımlanan “Rezonans” verilişinin aparıcısı Ağalar Ağayev dünyasını dəyişib. O, cəzaçəkmə müəssisəsində ürək çatışmazlığından ölüb.
Törətdiyi cinayətə görə 8 il müddətinə azadlıqdan məhrum edilmiş aparıcının qəflətən halı pisləşib. Təcili yardım çağırılanadək isə keçinib.