Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə boğulma təhlükəsi ilə qarşılaşan şəxsin son vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"03.07.2026-cı il tarixində, saat 15:40-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2004-cü il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Dənizdə boğulma təhlükəsi diaqnozu ilə daxil olan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir".
Şükufə Süleymanlı
Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizin nəzarətsiz ərazisində iki nəfər batıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunublar.
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Murad Azad oğlu Yarıyev xilas edilib, bir nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.