Şirvan şəhərində 31 yaşlı gənc itkin düşüb.
Oxu.Az "Report"-a istinadən xəbər verir ki, Şirvan şəhər, Energetik küçəsi, 257 ünvanında yaşayan Pünhan Əlizadə oğlu Tağıyev bu il yanvarın 2-də səhər saatlarında evdən çıxaraq çörək almağa gedib və bir daha geri qayıtmayıb.
Bununla bağlı Şirvan şəhər Polis şöbəsinə məlumat verilib.

E.Ə.
www.oxu.az