Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Növbəti üç günə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
İyulun 13-15-də bölgələrdə gözlənilən fasilələrlə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.
Xidmətdən Oxu.Az-a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Babək, Şahbuz, Kəngərli, Samux, Şəmkir, Ağstafa, Tovuz, Daşkəsən, Göygöl, Zaqatala, Qax, Şəki, Balakən, Zərdab, İmişli, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Cəlilabad, Lerik, Yardımlıda şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Narıncı xəbərdarlığa əsasən, Ordubad, Culfa, Goranboy, Gəncə, Mingəçevir rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 13-15-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Rəylər