Azərbaycan Ordusu daha bir əsgərini itirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissənin əsgəri, 19 yaşlı Tural Zamanov xəstəlikdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu faktı təsdiqləyib.
O, qeyd edib ki, əsgər qan xəstəliyindən (leykoz) əziyyət çəkirmiş.