Qusar şəhər ərazisində istirahət mərkəzlərinin birində faicə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Qusar rayon prokurorunun verdiyi məlumata görə, Qasımovlar ailəsi istirahət mərkəzində olarkən, onların 11 yaşlı qızı ehtiyatsızlığın qurbanı olub.
Belə ki, Şəfa Rəşad qızı Qasımova nəzarətsiz qalaraq, yaxınlıqdakı suvarma kanalına yıxılıb. Nəticədə azyaşlı qız suda boğulub.
Rayon prokuroru Zahid Vəliyevin verdiyi məlumata görə, onun meyiti bir neçə saat sonra kanaldan çıarılıb.
Qeyd edək ki, hadisəni çəkmək istəyərkən, Qusar rayon polis şöbəsinin əməkdaşları jurnalistə ona mane olublar.