Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zəfərimizin qəhrəmanlarından biri olan, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Abbas Mədəd oğlu Yusifovun da yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.
Prezident İlham Əliyevin sərəncamı ilə Yusifov Abbas Mədəd oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib.
7-10 gün ərzində protezləşməyə tam hazır olandan sonra Abbasdan ölçülər götürülərək yüksək texnologiyalı protezlə təmin ediləcək.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
- Aleksandr Lukaşenko İlham Əliyevə təbrik məktubu göndərib
- Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT-nin gələcəyi sual altındadır
- İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi təbrik edib
- Azərbaycan Prezidentinin tapşırığı ilə FHN Qırğızıstana maddi-texniki yardım göndərib