Türkiyənin 62-ci hökumətini qurduqdan sonra məmləkəti Konya şəhərinə səfər edən Əhməd Davudoğlu baş nazir kimi ilk mitinqini də bu şəhərdə keçirdi.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Konyada bəzi tədbirlərdə iştirak edən Davudoğlu daha sonra 4 yaşında itirdiyi anası Məmnunə Davudoğlunun qəbrini ziyarət edib.
Bu ziyarətdə baş naziri həyat yoldaşı Sara Davudoğlu və bərabərindəki nümayəndə heyəti də müşayiət edib.
32 yaşında dünyasını dəyişən Məmnunə Davudoğlunun başdaşında yazılan ağı oxuyanları duyğulandırıb.
Mərhum M.Davudoğlunun qəbrinin başdaşında bu sözlər yazılıb:
“Gənc yaşımda ölüm aldı torpaqlara bələdi,
Geri qalan dörd balam da “anam” deyə mələdi
Taşkentli Mehmedin yoldaşı Məmnunə Davudoğlu”.
