Hal-hazırda davam edən 2014-cü il tarix ərzində ən isti keçən il hesab edilir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, meteomüşahidlər araşdırma apardıqdan sonra bu qərara gəliblər. Regionların bəzilərini susuzluq, çoxsaylı yanğınlar, başqalarını isə leysan və daşqınlar gözləyir.
Almaniyada yerləşən Qissena universitetinin alimləri hesab edirlər ki, hadisəyə səbəb olaraq “El-Ninyo” fenomeni təbii kataklizmləri günahkar sayılır.
Ekspertlər artıq xeyli müddətdir ki, “El-Ninyo” sakit okeanın ekvator hissəsində suyun səthi qatının temperaturunun tərəddüdlərinə təsir edən hadisəni araşdırırlar.
Bundan öncə isə mütəxəssislər aydınlaşdırıblar ki, “El-Ninyo” yüzilliyin sonuna təbii kataklizmlərin miqdarını iki dəfə artıracaq, amma alman alimlərinin yeni tədqiqatları göstərdi: 75% ehtimalla ciddi iqlim dəyişikliklərini artıq bu ildə gözləmək lazımdır.