Dekabrın 10-da Sabunçu rayonunun Zabrat qəsəbəsi sakinləri dəm qazından zəhərləniblər.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi xəbərə əsasən, Zabrat qəsəbəsində yaşayan Lentruş İsmayılov evində dəm qazından zəhərlənərək ölmüş, arvadı Firuzə isə xəstəxanaya yerləşdirilmişdir.
DİN-in saytında verilən digər məlumata görə, elə həmin gün Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Nigar Yarəhmədova evində dəm qazından zəhərlənərək ölmüşdür.
Araşdırmalar aparılır.