Dekabrın 16-da Milli Məclisin plenar iclasında “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması məsələsi qaldırılıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev bunun bir il ərzində artıq ikinci bənzər hadisə olduğunu vurğulayıb, bu isə ciddi siqnaldır.
Onun sözlərinə görə, bu hadisə hansısa ölkənin təxribatının nəticəsi ola bilər.
“Azərbaycan, apardığı siyasəti bəyənməyən ölkələr ilə həmsərhəddir. Bu hadisə onların xüsusi xidmətlərinin nəticəsi ola bilər. Amma bu başqa səbəbdən də - məmurların məsuliyyətsiz münasibətinin nəticəsində də baş verə bilərdi”, - o deyib.
Deputat bildirib ki, Milli Məclis bu məsələ üzrə komissiya yaratmalı və ya Baş prokurora müraciət qəbul edilməlidir.
Parlamentin spikeri Oqtay Əsədov öz növbəsində vurğulayıb ki, bu məsələ ilə əlaqədar dövlət komissiyası artıq yaradılıb.
“Komissiya hələlik Milli Məclisin nə edə biləcəyinə dair nəticələr təqdim etməyib?” – o deyib.
Dekabrın 15-də saat 05:00 radələrində “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakada dənizə uçub.
Estakada ilə bərabər onun üzərində yerləşən yaşayış budkası da dənizə düşüb.
Dekabrın 15-də axtarışlar nəticəsində neftçi İlham Qafarovun meyiti tapılıb. Hazırda 9 nəfər itkin hesab edilir.
E.Ə.
www.oxu.az