Bu gün saat 15:00-da “Məhsul” stadionunda “siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq keçiriləcək.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, millət vəkili Etibar Hüseynov bu aksiyaya özünün facebook hesabında reaksiya verib.
E.Hüseynov bir sürü qoyun şəkli paylaşaraq “Məhsul stadionuna getməyi unutma...” qeydini yazıb.
Bununla deputat həmin mitinqdə iştirak edəcək şəxsləri qoyuna bənzədib.
