Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Deputat: “Vətəndaşlar 20 illik sənədlərlə çıxarış ala bilmirlər”
“Vətəndaşlar 20 il yaşadıqları, əsgər yola saldıqları ev üçün bələdiyyələrdən torpaq alıb, banklara ödəniş edib, yerli icra hakimiyyətindən icazə alıblar”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Rəşad Mahmudov deyib.
Deputat qeyd edib ki, 2020-ci illərdə torpaqların sərhədləri müəyyənləşəndən, elektron xəritələr tərtib olunandan sonra bu torpaqların bələdiyyələrin səlahiyyətinə daxil olmayan ümumi istifadədəki torpaqlar olduğu üzə çıxıb:
“İndi vətəndaşlar 20 il əvvəlin sənədləri ilə evlərinə çıxarış ala bilmirlər. Müvafiq qurumlardan bildirilir ki, həmin sənədlər saxtadır. Belə məsələlər diqqət mərkəzində saxlanılmalıdır”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"