“Mən Milli Məclisin bundan əvvəlki iclasında Milli Məclisin büdcəsi ilə bağlı müzakirələrin getdiyi bir zamanda yanlış fikirlər səsləndirmişəm”.
Oxu.Az xəbər verir ki, bunu parlamentin iclasında deputat Tahir Kərimli deyib.
O bildirib ki, Milli Məclisin əməkdaşlarının, sürücülərin nəinki maaşları kəsilib, əksinə, məbləğlər vaxtlı-vaxtında ödənilib.
“Mənə yanlış məlumatlar verilmişdi, mən buna görə üzr istəyirəm. Mən Qarabağda yenidənqurma işləri getdiyi bir zamanda Milli Məclisin əməkdaşlarına ev, maşın verilməsi məsələsini qaldırmışdım. Mən buna görə, Milli Məclisin sədrindən, Azərbaycan xalqından üzr istəyirəm. Düşünürəm ki, cəmiyyət mənim dərsimi verdi”, - deyə T.Kərimli əlavə edib.
Qeyd edək ki, T.Kərimli Milli Məclisin noyabrın 17-də keçirilən iclasında parlament əməkdaşlarına ev, maşın verilməsi məsələsini qaldırıb.
View this post on InstagramAqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Deputatlar arasında mübahisə: "Özlərini siyahıda birinci görməyəndə stres keçirirlər"
- Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
- Deputat Sumqayıtda yaşayış binalarının istilik sistemi ilə bağlı məsələ qaldırıb
- Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - Parlament ilk oxunuşda qəbul etdi
- Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
Digər xəbərlər